6 yaşlı uşaq nərdivandan yıxılaraq ağır xəsarət alıb.backend

6 yaşlı uşaq nərdivandan yıxılaraq ağır xəsarət alıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya məlumat verilib. Məlumata görə, noyabrın 10-da axşam saat 19 radələrində rayonun Tasmalı kənd sakini, 2009-cu il təvəllüdlü Onur Sahil oğlu Məmmədli koma vəziyyətdə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 6 yaşlı Onur Məmmədli yaşadığı evin pilləkənindən yıxılaraq ağır kəllə-beyin travması alıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Onur Məmmədliyə lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir.

Interpress