Türkiyə Azərbaycanla akademikləri mübadilə edəcəkbackend

Türkiyə Azərbaycanla akademikləri mübadilə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

A. Əlizadə AMEA-nın 70 illik yubileyində iştirakına görə Əhməd Cavad Acara təşəkkürünü bildirib. TÜBA prezidenti də öz növbəsində akademik Akif Əlizadəni yubiley münasibətilə təbrik edib, AMEA-nın gələcək fəaliyyətində uğurlar arzulayıb.

AMEA ilə TÜBA arasında gələcəkdə ikitərəfli elmi əməkdaşlıq əlaqələrini möhkəmləndirmək və müxtəlif istiqamətlərdə qarşılıqlı elmi təcrübə mübadiləsi həyata keçirmək məqsədilə təşkil edilən görüş beynəlxalq akademik qurumlarla növbəti layihələr reallaşdırmağa xidmət edir.

Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, elmi-texnoloji əməkdaşlıq sahəsində möhkəm əlaqələr qurmaq üçün birgə simpozium, konfrans və müxtəlif tədbirlər təşkil etmək, kadr və təcrübə mübadiləsi aparmaq nəzərdə tutulur.
Eyni zamanda tərəflər müqavilə sayəsində həyata keçiriləcək kadr mübadiləsinin hər iki ölkənin elmi sahədəki inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə ediblər. Memorandumda təcrübədən yararlanmağa cəlb olunan elm adamlarının araşdırmaları ilə fərqlənən alimlər sırasından seçilməsi və təcrübə mübadiləsinin Türkiyə və Azərbaycanda fəaliyyət göstərən elm mərkəzlərinin inkişafına töhfə verməsi ilə bağlı müddəalar öz əksini tapıb.

Müqaviləyə əsasən, tərəflər elmi və texnoloji siyasət sahəsindəki inkişaf, təşkil olunan tədbirlər, müxtəlif tipli elmi nəşr və informasiyalar barədə bir-birlərini qarşılıqlı məlumatlandıracaqlar.(modern)

İnterpress