İnterpress.az ərəb mediyasına istinadən xəbər verir ki, Beynəlxalq təşkilatların Səudiyyə Ərəbistanına Yəmən xalqına qarşı qadağan edilmiş silah istifadə etdiyi üçün xəbərdarlıq etməsinə baxmayaraq, Səudiyyə döyüş təyyarələri, Yəmənin şimalında Sadə əyalətində müxtəlif nöqtələri, beynəlxalq qaydalara görə qadağan olunmuş silah sayılan diyircəkli bombalarla bombaladı. Səudiyyə döyüş təyyarələri, dünən Yəmənin şimalında yerləşən Sadə əyalətinin Sihar şəhərindəki yaşayış və təsərrüfat sahələrini, diyircəkli bombalarla bombalayaraq, regionda ağır dağıntılara səbəb olub. Digər tərəfdən, Beynəlxalq Amnistiya Təşkilatı, Səudiyyə Ərəbistanının rəhbərliyindəki Ərəb koalisiyasının ötən həftə, Sadə əyalətini bombalayarkən qadağan olunmuş silah istifadə etdiyini hesabatında açıqlayıb. Yəmənin \”Əl-Məsirə\” TV kanalı da bu ayının əvvəlində Səudiyyə təcavüzkarlarının Sihardaki evləri və tarlaları diyircəkli bombalarla vurduğunu açıqlamışdı.
İnterpress