Tələbə təqaüdlərini kimlər alacaq?- Münasibətbackend

Tələbə təqaüdlərini kimlər alacaq?- Münasibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Interpress-ə açıqlamasında , Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov deyib.

Qurum rəsmisi bildirir ki, tələbənin təqaüd almaq imkanı semestrin nəticələrinə görə akademik göstəriciləri yüksək olarsa olacaq. Bu sərəncam təqaüdün həqiqi təyinatını ortaya qoydu. Yeni qaydalar tələbələr arasında rəqabət mühiti yaradacaq, yuxarıdan aşağı akademik göstəriclərə görə tələbələrin biliklərə yiyələnmə tablosunu əks etdirəcək. Yəni istər özəl, istərsə də dövlət ali və orta ixtisas təhsil müəssisələri olsun dövlət sifarişi olan ixtisaslar üzrə təqaüdü həm bu sifarişə əvəllcədən sahib olan, həm də ödənişli ixtisaslarda oxuyan tələbələr ala bilərlər.Yəni indiyə qədər mövcud olan dövlət sifarişinə əvvəlcədən sahib olaraq sonadək bu imtiyazı saxlamaq(tələbənin oxuyub-oxumamağından asılı olmayaraq) məsələsi ortadan qalxır. Əsas şərt akademik göstəricini qorumaqdır.

Daha sonra nazirlik sözçüsü bildirdi ki, burada ikinci mühüm məsələ məcburi köçkün,şəhid ailəsi və digər bu kimi imtiyazlı ailələrin övladlarına təqaüdün verilməsidir ki, bu da sərəncamın daha çox sosial mahiyyətini ortaya qoyur.Yəni indiyədək bu zümrədən olan tələbələrin dövlət tərəfindən ancaq təhsil haqqı ödənilirdisə,bu sərəncam ona imkan verəcək ki, həmin qrup tələbələr həm də təqaüd ala bilsinlər.
Bir sözlə, bu sərəncam bütün tələbələr üçün bərabər start imkanları verir. Ancaq birinci semestr istisna olmaqla bütün tələbələr oxuyaraq, haqq edərək təqaüd (özü də ən yüksəkdən başlayaraq) qazana bilər. Artıq əvvəlcədən müəyyənnləşdirilmiş deyil, fərqlənənlər təqaüd ala biləcəklər.

Qeyd edək ki, bu sərəncamla edilən dəyişikliklər doktorantlara və ilk -peşə təhsili müəssisələrinin şagirdlərinə aild deyil.

İnterpress