İnterpress.az Güney Azərbaycanı Tələbə təşkilatının xəbər portalı olan “Güney Azərbaycanın Öyrənci Səsi” saytına istinad edərək xəbər verir ki, bu gün Güney Azərbaycanın Təbriz şəhərində ticarət işçiləri,İranın “kanal 2” tele-kanalında yayımlanan və azəri türklərini təhqir edən “Fitilə” satirik proqramının mənfur əməlinə etiraz olaraq dükan və bazarları bağlayaraq tətil elan edirlər.Verilən xəbərə görə Təbriz bazarı və əksər dükanlar bağlıdır. Etiraz aksiyasının gün ərzində davam etməsi gözlənilir.