25 ailə elektrik enerjisinə görə borcu ödəmək istəmirbackend

25 ailə elektrik enerjisinə görə borcu ödəmək istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi saytlarda və sosial şəbəkələrdə Yevlax rayonunun Qaraməmmədli kəndinin bir hissəsində iki aya yaxındır su problemi yarandığı bildirilir. Qeyd olunur ki, həmin ərazidə həm içməli su yoxdur, həm də həyətyanı sahələrin suvarılması üçün artezian quyusu işləmir.

Rəsmi qurumlar isə bildirir ki, Qaraməmmədli kəndində 25 evdə yaşayan təxminən 120 sakinin içməli su və həyətyanı sahələrinin suvarılmasında istifadə etdikləri Su kanal idarəsinin balansında olan subartezian quyusuna görə, 3 il ərzində elektrik enerjisi sərfiyyatına 6200 manat borc yaranıb.

Məlumata görə, araşdırma zamanı məlum olub ki, bu illər ərzində əhali tərəfindən istifadə edilən suyun dəyəri Su kanal idarəsinə ödənilməyib. Bu səbəbdən də “Yevlax Elektrik Şəbəkəsi” İdarəsi tərəfindən subartezian quyusuna verilən elektrik enerjisi dayandırılıb.

Qeyd olunur ki, kənd sakinləri Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət ediblər və aidiyyatı qurumların rəhbərləri onları dəfələrlə qəbul edərək qanunamüvafiq izahatlar veriblər. İzahatlarla qane olmayan sakinlər isə müxtəlif sosial şəbəkələrdə tələblər irəli sürməkdə davam edirlər.