25 il cəza alan və axtarışda olan məhkumu TikTok ƏLƏ VERDİ – VİDEObackend

25 il cəza alan və axtarışda olan məhkumu TikTok ƏLƏ VERDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 25 il həbs cəzası alan məhkum TikTok yayımına görə tutulub.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Diyarbəkirdə çoxsaylı cinayətlərə görə 25 il müddətinə azadlıqdan məhrum edilən və axtarışda olan şəxs sosial şəbəkədə canlı yayım etdikdən sonra saxlanılıb.

Məlumata görə, R.İ. adlı məhkum kafedə TikTok-da canlı yayıma qoşulub və bu, polis tərəfindən izlənərək onun yerinin müəyyənləşdirilməsinə səbəb olub.

Diyarbəkir polisinin İctimai Təhlükəsizlik İdarəsinin rəhbərliyi ilə xüsusi qrup yaradılıb və aparılan əməliyyat nəticəsində o tutulub.

R.İ. daha əvvəl qarət, həbsdən qaçma və narkotik istifadəsinə görə məhkum olunmuşdu.

Xuraman Etibarlı

İnterpress.az