Deputat Tənzilə Rüstəmxanlı “Zəfərdən doğan günəş” adlı tədbirdə iştirak edib – FOTOLARbackend

Deputat Tənzilə Rüstəmxanlı “Zəfərdən doğan günəş” adlı tədbirdə iştirak edib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan günəş” adlı tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Ceyhun Məmmədov, Hikmət Babaoğlu, Anar İsgəndərov, Azərbaycan Texniki Universitetinin prorektoru Sübhan Namazov, ictimai birliyin sədri Almaz Zeynalova, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin xalqımızın həyatındakı müstəsna əhəmiyyətindən danışıb. Çıxışında Zəfərin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində əldə olunduğu vurğulanıb.

Şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasının, qazilərimizin göstərdiyi qəhrəmanlığın və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində Vətən sevgisini, qəhrəmanlığı və milli qüruru əks etdirən musiqi və bədii kompozisiyalar təqdim olunub. Xüsusilə əlilliyi olan uşaq və yeniyetmələrin ifaları iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Mənəvi birlik, qəhrəmanlıq və minnətdarlıq ruhunda keçirilən tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.

Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə dərin ehtiramımızı bildiririk.

Zəfərimiz əbədi, birliyimiz sarsılmaz olsun!