Davudoğlu: ABŞ Kürdlərə silah versin!backend

Davudoğlu: ABŞ Kürdlərə silah versin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az türkiyə mediyasına istinad edərək xəbər verir ki, Davudoğlu \”CNN İnternational\” kanalında jurnalist Kristiane Amanpourun suallarını cavablandırıb.
Suriyada, ABŞ-ın, IŞİD-ə qarşı PYD-yə dəstək verməsilə bağlı Türkiyənin həssaslığının səbəblərinə dair verilən suala Davudoğlu, \”Kürdlərlə PYD-nin müəyyən olunmasının lazım olduğunu\” söylədi.

Amanpourun \”Meydanda yeganə qüvvənin PYD olması və döyüşmək istəyən yeganə gücün yenə də PYD-nin olduğunu \” söyləməsindən sonra Davudoğlu bunları qeyd edib:
“Bu doğru deyil. Məsələn, Azad Suriya Ordusu İŞİD-ə qarşı vuruşur. Onları silahlandıra bilərik. Ruslar, Azad Suriya Ordusunu bombalayır,lakin ortada digər bir Kürd qrupu olan peşmərgələr var. Kobaninin İŞİD-dən azad edilməsi üçün sərhədlərimizi peşmərgəyə açmışıq. Türkiyə üzərindən Kobaniyə gedib oranı azad etdilər.

Əgər ABŞ,ortada İŞİD-ə qarşı mübarizə edən Kürdləri silahlandırmaq istəyirsə, biz hazırıq, amma PKK terrorçularını deyil ! İraqda Bərzani və ya peşmərgə qruplarını silahlandırmaq istəyirlərsə və onlara İŞİD-ə qarşı Suriyaya keçmək üçün yardıma ehtiyac duyurlarsa, biz yardıma hazırıq\”.

İnterpress