İnsident noyabrın 12-ə keçən gecə Şimali Sinay əyalətinin inzibatı mərkəzi Əl-Əriş şəhərində qeydə alınıb.
Bir qrup naməlum silahlı əvvəl yaşayış evini atəşə tutub, sonra isə evin qarşısında minalanmış avtomobili partladıb. Artıq məlumdur ki, ölənlərin əksəriyyəti bir ailənin üzvləridir. Onlardan ikisi 3 yaşınadək uşaqlardı.
İlkin ehtimallara görə, hücumun arxasında İŞİD-lə əlaqəli “Ənsər Beyt əl-Məkdis\” qruplaşması durur.