Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Modern.az saytına açıqlamasında bu xəbəri absurd adlandırıb. Onun \”Nazirin Rusiyada 17 ton pulu tutulub” xəbərinə münasibəti birmənalı olub: “Bu yazılar absurddur. Mənim bu yazılara və bu cür jurnalistikaya, sadəcə, yazığım gəlir. Təəssüf edirəm”.
Namiq Həsənov bu yazının həqiqətdən kənar olduğunu belə əsaslandırıb:
“Əminəm ki, bu yazını yazanın özü belə yazdığının reallığına inanmır. Gündəmdə qalmaq, reytinq qazanmaq üçün ağıllarına gələni yazırlar. Yaxşı olardı ki, ağızlarına gələni yox, həqiqəti yazsınlar”.
Nazirlik rəsmisi Ziya Məmmədov barədə daha çox neqativ yazan mətbuat orqanları ilə hər hansı konflikti olmadığını dilə gətirib:
“Ziya müəllimin hnasısa mətbuat orqanı ilə nə nazir, nə də şəxs olaraq konflikti var. Kimsə kiminsə sifarişini yerinə yetirib yazı yazırsa, bu, həmin mətbuat orqanın öz problemidir. Bu, nə Ziya Məmmədovun, nə də Namiq Həsənovun problemidir. Kim nə istəyir yazsın. Bundan artıq şərh verə bilmirəm”.
Interpress.az