Bu barədə “Report”a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilən proses zamanı yaxınlıqdakı erməni mövqelərindən atəş səsləri eşidildiyinə görə Komissiyanın İşçi Qrupunun əməkdaşları qarşı tərəfdən yenidən təhlükəsizlik zəmanəti alınması və atəşin dayandırılması barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə müraciət ediblər. Bu tələblər yerinə yetirildikdən sonra L.Abovyanın repatriasiyası həyata keçirilib.
İnterpress.az