Gürcüstan Rusiya silahlarını Ermənistana buraxmadıbackend

Gürcüstan Rusiya silahlarını Ermənistana buraxmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

bu barədə “Aykakan jamanak” qəzeti yazıb. Amma qəzet vurğulayıb ki, ağır texnika Ermənistana uzun yol ilə çatdırılacaq: “Bu texnika Rusiya Federasiyasından Qazaxıstana, oradan İrana, İrandan isə Ermənistana gətiriləcək.

Məsələ ondadır ki, Rusiya-Gürcüstan münaqişəsindən sonra Gürcüstan hakimiyyəti onların ərazisindən bizim ölkəyə Rusiya silahının gətirilməsinə icazə vermir. Nəticədə bu ağır texnikanın tədarükü üçün uzun bir yol seçilib.

Hökumətyönümlü dairələrdə Gürcüstana son səfərində Serj Sərkisyanın bu məsələyə də toxunması barədə məlumat var. Mətbuatın məlumatına müvafiq olaraq, əsasən zenit-raket kompleksi “İskəndər”lərdən ibarət 200 milyon dollarlıq bu hərbi texnikadan başqa, Ermənistan ölkəyə qısa yol ilə gətirə bilmədiyi digər texnikanı (“Smerç”) da alıb”.(virtualaz)

İnterpress