Elmira Axundova məhkəmədə qalib gəldibackend

Elmira Axundova məhkəmədə qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elmira Axundova Feyruz Həşimovdan kütləvi informasiya vasitələrində onun barəsində yaydığı şərəf və ləyaqətinə zərər vuran yanlış məlumatların təkzib edilməsini, ondan üzr istəməsini və vurulmuş mənəvi ziyana görə 100 min manat tutulmasını tələb edirdi.

Xətai rayon Məhkəməsi araşdırma zamanı belə nəticəyə gəlib ki, “Gündəlik Bakı” və “Bizimxeber.az” saytında dərc olunmuş məqalələrdə Elmira Axundovanın ünvanına həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar öz əksini tapıb. Feyruz Həşimov məqalələrdə iddiaçının şərəf və ləyaqətini təhqir edib, onun Milli Məclisin deputatı kimi işgüzar nüfuzuna ciddi xələl gətirməklə mənəvi ziyan vurub.

Dəymiş mənəvi ziyana görə F.Həşimovdan E.Axundovanın xeyrinə 5 min manat tutulacaq.

Məhkəmə qərarı ilə bağlı açıqlama verən millət vəkili Elmira Axundova bildirdi ki, bu qərarı ədalətli və adekvat sayır: “Ümid edirəm ki, başqa qəzetlər və saytlar bu qərardan nəticə çıxararaq mənim və ailəm haqqında yazıları yaymaqdan çəkinəcəklər. Oğlum Həbib Axundova qarşı yazdıqları ilə bağlı da ayrıca araşdırma gedir. Ümid edirəm ki, həmin məsələyə də hüquqi qiymət veriləcək və haqq-ədalət qələbə qazanacaq”. (Lent.az)

İnterpress.az