İran parlamentində kürd siyahısıbackend

İran parlamentində kürd siyahısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın kürd xəbər mənbələrinə istinadən verdiyi xəbərə görə, İranda yaşayan kürdlər parlament seçkilərinə “Tehran Kürdləri İttifaqı”ı blokunda birləşərək getmək istəyirlər. Məlumata görə “İran siyasətində aktyor olmaq” istəyən Tehran kürdləri İrandakı seçimlərə çox ciddi şəkildə hazırlaşırlar. Kürdlər indiyə qədər keçirilən seçkilərdə fəallıq göstərsələr də istədiklərini əldə etməyi bacarmamışdılar. Tehranlı kürd siyasətçi Mustafa Beygi deyib ki, namizədlərin siyahısı hazırlanarkən şiə və sünni kürdlər arasında tarazlığın pozulmamasına çalışacaqlar. Hazırda İranda 1.5 milyondan çox kürd yaşayır. Qeyd edək ki, İranda parlament seçkiləri 2016-cı ilin fevralın 26-da baş tutacaq. 290 namizəd deputat seçilmək üçün yarışacaq.

Abuzər
İnterpress