Azərbaycanda pul kəskin azalıbbackend

Azərbaycanda pul kəskin azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Bankın 9 ayın pul siyasi icmalında qeyd olunur. İcmalda bildirilir ki, ötən müddət ərzində Azərbaycanın xarici sektoru üzrə vəziyyət qlobal iqtisadiyyatda, o cümlədən dünya enerji bazarlarında və tərəfdaş ölkələrdə baş verən proseslərin təsiri ilə dəyişib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrünə nəzərən 49.5 faiz azaldığı göstərilir. Bu azalma, əsasən, ixracda əhəmiyyətli paya malik neft-qaz sektoru üzrə baş verib. Belə ki, ixracın dəyəri xam neft üzrə 54 faiz, neft məhsulları üzrə 44.2 faiz, təbii qaz üzrə 23.2 faiz azalıb.

Cari ilin 9 ayında əmtəə idxalı ötən ilin müvafiq dövrünə nəzərən 0.9 faiz artıb. Dövlət sektoru üzrə isə idxal isə 28.9 faiz azalıb. İdxal nəqliyyat vasitələri və onların hissələri, meyvə-tərəvəz, oduncaq və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar üzrə artıb Bir sıra məhsulların idxalı yerli istehsalın genişlənməsi ilə əlaqədar azalıb.

İcmala görə, 2015-ci ilin yanvar-sentyabr aylarında ÜDM real ifadədə 3.7 faiz artaraq nominal olaraq 40.7 mlrd. manat təşkil edib. ÜDM-in artımı, əsasən, qeyri-neft sektoru hesabına baş verib. Hesabat dövrü ərzində qeyri-neft sektorunun bütün sahələrində artım müşahidə edilib. Sahələr arasında ən yüksək artım tempi turistlərin yerləşdirilməsindədir.

2014-cü ilin ortalarından etibarən əmtəə qiymətlərinin aşağı düşməsi resursla zəngin ölkələrdə iqtisadi diversifikasiya məsələsini aktuallaşdırıb. Mövzunun əhəmiyyətini nəzərə alaraq Beynəlxalq Valyuta Fondunun mütəxəssisləri iqtisadiyyatlarını uğurla diversifikasiya etmiş resursla zəngin 4 ölkənin (neft ixracatçıları – Malayziya, İndoneziya və Meksika, mis ixracatçısı – Çili) təcrübəsini bölüşüb.

AMB-nin icmalında da həmin ölkələrin diversifikasiya siyasətinə toxunaraq qeyd edir ki, Malayziyada dövlətin texnoloji transfertləri dəstəkləməsi yerli şirkətlərin qlobal rəqabətlilik qabiliyyətinin artmasına səbəb olub. Malayziyada kiçik və orta sahibkarlığın inkişafı diqqətdə saxlanılıb, ağır sənayedə idxalı əvəzləyici, emal sənayesində isə ixracı təşviqedici siyasətə üstünlük verilib.

İndoneziya da idxalı əvəzləyici siyasət aparıb və ixrac yönümlü sənaye sahələrinə birbaşa xarici investisiyalar cəlb edə bilib. İqtisadiyyatın diversifikasiyası üçün məzənnə devalvasiya olub, azad ticarət zonaları yaradılıb, müəssisələr və ayrı-ayrı sektorlar üzrə vergi güzəştləri tətbiq edilib və xarici ticarət qarşısındakı maneələr azaldılıb.

Meksika isə şirkətlərin bazara girişini asanlaşdırmaq üçün dövlətin infrastruktur xərclərini artırıb, şirkətlərin işçilərini xarici təlimlərə göndərməsi təşviq edilib və xarici şirkətlər üçün vergi güzəştləri tətbiq edilib. Bundan əlavə, azad ticarət zonalarının yaradılması və əmək bazarında təklif olunan maaşların artırılması istiqamətində addımlar atılıb.

Çilinin diversifikasiya siyasəti fərqli alətlərə, o cümlədən ixracın subsidiyalaşdırılmasına və yeni şirkətlərin yaradılmasında dövlət və özəl sektorun işbirliyinə əsaslanıb. Eyni zamanda Çili müqayisəli üstünlüyə malik sektorları müəyyənləşdirərək həmin sektorlarda işçilərin kompetensiyalarını gücləndirib və innovasiyaları təşviq edib.

Bundan əlavə, hesabata görə 2014-cü ilin sonlarından başlayaraq dünya neft bazarında qiymətlərin kəskin düşməsi və ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya dalğaları daxili valyuta bazarında xarici valyutaya, xüsusilə ABŞ dollarına tələbin artması ilə müşayiət olunub. 2015-ci ilin 9 ayında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artıb. Yanvar-sentyabr aylarında əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyuta ötən ilin müvafiq dövrünə nəzərən 61.7 faiz artıb. Nağd xarici valyutaya tələbin artması, əsasən, I rübdə baş vermişdir. Belə ki, 9 ayda xalis satılan ABŞ dollarının 63 faizi, avronun isə 38 faizi I rübdə satılıb.
Cari ilin 9 ayında manatla pul bazası 38.9 faiz azalaraq dövrün sonuna 7050.4 mln. manat təşkil edib. Pul bazasının dəyişiminə dollarlaşma azaldıcı, digər amillər isə (Mərkəzi Bankın apardığı bazar əməliyyatları və s.) artırıcı təsir edib. Bank sisteminin pul yaratma qabiliyyətini ifadə edən pul multiplikatorunun səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməyib.

AMB Dövr ərzində manatla geniş pul kütləsi 46.3 faiz azalaraq dövrün sonuna 9369 mln. manat təşkil edib. Geniş mənada manatla pul kütləsi əsasən, nağd pul kütləsi hesabına azalıb. Mərkəzi Bankın proqnozuna görə, yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir. Hökumətin son proqnozlarına görə, 2015-ci ildə ölkədə iqtisadi artım 3.3 faiz olacaq. İqtisadi artım əsasən investisiya və istehlak xərcləri ilə dəstəklənəcəkdir.(bizimyol)

İnterpress