Interpress.az xəbər verir ki, Parlament ayrıca, Rusiyanın özünə birləşdirdiyi Krım Yarımadasında Tatarlara tətbiq olunan təzyiq siyasətinin da \”etnosid\” (etnik qırım) olduğunu qəbul etdi.
Ukrayna parlamentinə təqdim edilən sözügedən qanun layihəsinin səsverməsində, 450 millət vəkili arasında iclasa qatılan millət vəkillərindən 245- i, layihənin lehinə səs verib.
Qəbul edilən layihə çərçivəsində, Krım Tatarlarının 18 May 1944-cü ildə sürgünə göndərildikləri göz önünə alınaraq, 18 May tarixi, \”Krım Tatar Soyqırımını Anma Günü\” élan edildi.
sözügedən qanun layihəsində keçən il Rusiyanın özünə birləşdirdiyi Krımda Krım Tatarlarına və liderlərinə tətbiq olunan təzyiq siyasətinin etnik qırım olduğu ifadəsi yer alır.
Krım Tatarları, 18 May 1944-cü ildə, dövrün Sovet lideri Stalinin qərarı ilə Orta Asiyaya sürülmüşdü. Sürgünə göndərilən yüz minlərlə Krım Tatarının yerinə, Rusiyadan immiqrantlar yerləşdirilmişdi.
Interpress