İnterpress.az İran mediyasaına istinad edərək bildirir ki, İran Xarici İşlər Nazirliyi sözçüsü Sadiq Hüseyn Caberi Ənsari, həmin terrorist hücumda ölən və yaralananlar barədə verdiyi açıqlamada, hücumu pisləyərkən, Livan milləti və dövlətinə və ölənlərin ailələrinə baş sağlığı verdi.
İran Xarici İşlər Nazirliyi sözçüsü, Livan ordusu müqaviməti və xalqının və beynəlxalq birliyin terrorizmlə mübarizə məsələsində həmrəyliyinə təkid edərək, Livanda başda etnik və məzhəbi qruplar olmaqla xalqın, bütün kütlənin terrorizmlə mübarizə məsələsində vəhdətini və həmrəyliyini qoruyub saxlaması vacibliyini xüsusi vurğulayıb.
Alınan xəbərlərə görə, dünən gecə Beyrutun cənubunda təşkil edilən terrorist hücumda ən az 45 nəfər öldü və 239 nəfər də yaralanıb.
Həmin hücumun məsuliyyətini terror təşkilatı İŞİD öz üzərinə götürdü.