Bunu Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib.
Onun sözlərinə görə, yeni yaranmış çatlar Bakı Beynəlxalq Avtovağzalının ərazisinə düşmür.
Növbə rəisi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ikinci mərtəbəsində çatların yaranması məsələsinə də aydınlıq gətirdi: “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ikinci mərtəbəsində mağazalar yerləşir. Orada çat əmələ gəlməyib. Buna görə də hər hansı təhlükədən söhbət gedə bilməz. Kompleksdən kənarda yarannmış çatlar isə aidiyyatı qurumlar tərəfindən aradan qaldırılıb və hazırda ərazidə bərkitmə işləri davam etdirilir”.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki çatlar oktyabr ayının əvvəllərində yaranmışdı. \”Azəryolservis\” ASC-nin əməkdaşları tərəfindən ərazinin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar təhlükə mənbəyinə çevrilmiş istinad divarının söküntüsünə başlanmışdı. Sürüşmə ilə əlaqədar avtovağzalın ikinci mərtəbəsində yerləşən dayanacağa giriş və çıxış hər iki tərəfdən məhdudlaşdırılıb.
İnterpress