İntrpress.az Güneyli mənbələrdən əldə etdiyi məlumata görə, çoxsaylı bəsic qüvvələrinin (hökumət tərəfdarları yarımsilahlı dəstələr) Tehrandan Urmiyəyə gətirildiyini bildirir..
Vilayət Təmin Şurasının qərarından sonra Azərbaycan şəhərlərində fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyası dalğasını yatırtmaq üçün Tehrandan Urmiyəyə bəsic qüvvələri gətirilir.
Avtobuslar qız və oğlan bəsicləri Urmiyə müsəllasına aparır. Yayılan məlumata görə, bəsiclər cümə namazından sonra qondarma ittihamlarla Azərbaycan Milli Hərəkatına qarşı nümayiş keçirə bilərlər.
İnterpress.az