İnterpress.az xəbər verir ki, Güney Azərbaycan diasporu fars irqçiliyinə qarşı etiraz aksiyaları keçirməyi planlaşdırır.
Noyabrın 6-da (abanın 15-də) İran televiziyasının türkləri iyrənc şəkildə təhqir etməsi Azərbaycan türk millətini ayağa qaldırıb. Güney Azərbaycan diasporu irqçilərin türkləri təhqir etməsi və son günlərdə keçirilən etiraza aksiyalarında çoxsaylı soydaşımızın yaxanmasından sonra Türkiyənin 8 şəhərində fars irqçiliyinə qarşı etiraz aksiyası keçirmək istəyir:
Ankara: Noyabrın 14-ü (abanın 23-ü) yerli vaxtla saat 14:00, Koroğulu park
İstanbul: Bazar günü, saat 15:00, İran konsulluğunun qarşısı
İzmir: Bazar günü, saat 15:00, Kıbrıs şəhidlər caddəsi
Antalya: Bazar günü, saat 15:00, kapalı yol
Ərzrum: Bazar günü, saat 15:00, İran konsulluğunun qarşısı
Kocaeli: Bazar günü, saat 13:00, Cümhuriyyət parkı
Aydın: Bazar günü, saat 15:00, Sevgi yolu ziraat bankası
Tekirdağ: Bazar günü, saat 15:00, Tuğlalı parkı
Xatırladaq ki, noyabrın 14-ü yerli vaxtla saat 11:00-da paytaxt Vaşinqtonda Ağ Ev qarşısında da etiraz aksiyası keçiriləcək.
İnterpress.az