“Mən Arif Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayıram və ümid edirəm ki, daha çox, xüsusilə sağlamlıqları ilə bağlı narahatlıq olan məhbuslar tezliklə azadlığa buraxılacaq\”.
Bu barədə AŞPA nın Parlament Assambleyasının sədri Ann Brassorun bəyanatında deyilir.
“Bununla yanaşı, Arif Yunus və digər hüquq müdafiəçiləri , jurnalistlərlə bağlı məhkəmə prosesləri hələ də həll olunmayıb” deyə o bildirib.
Ann B. Azərbaycan hökümətini Avropa İnsan Haqları Konvensiyası standartları və AŞPA qarşısında götürdükləri öhdəlik və vəzifələri çərçivəsində hərəkət etməyə çağırır.
Bəyanatda Oktyabrın 16-da -AŞPA sədri ölkədə insan hüquqlarının vəziyyəti ilə dərin narahatlığı ilə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə yazılması xatırlanıb (\”Amerikanın səsi\”).