İnterpress.az Güneyli mənbəyə istinadən xəbər verir ki, Anarın atası İlyas Nemətpur bir neçə aydı etdiyi cəhdlərə baxmayaraq, bu günədək oğluna doğum şəhadətnaməsi əldə edə bilməyib. Neməpurun dediyinə görə, məmurlar doğum sənədinin verilməməsinin səbəbini bu adın mənasız və yad olduğu ilə əlaqələndirirlər.
Nemətpur əlavə edib ki, Tehran pasport idarəsinə dəfələrlə müraciətimdən sonra doğum sənədinin verilməməsi səbəbini Tehranlı məmurlarının ixtiyarında olmadığını bildirib, dosyanı Kəleybərə (uşağın doğulduğu şəhərə) göndərdilər. Təssüflə Kəleybər yetkililəri də Anar adına doğum şəhadətnaməsi verməkdən imtina etdilər. Bu uşaq on bir aydan artıqdır ki, bütün tibbi xidmətlərdən məhrumdur.
Xatirladaq ki, Anar 2015-ci ilin yanvar ayının 13-də Tehranda doğulub.
Anar kimlik ala bilməyən ilk uşaq deyil. 2014-cü ildə daha iki Azərbaycanlı öz uşaqlarına Türk adları qoyduqları üçün kimlik ala bilmirdilər.
interpress.az