Terror şahidləri: “Silahlarını 3 dəfə yenidən doldurdular”backend

Terror şahidləri: “Silahlarını 3 dəfə yenidən doldurdular”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Qərb mətbuatına istinadən xəbr verir ki, Fransanın paytaxtı Paris eyni zamanda həyata keçirilən silahlı və bombalı hücumlarla qana batdı. Dünyanı şoka gətirən və Fransanın sərhədlərin bağlayıb fövqəladə hal elan edilməsinə yol açan terror aktlarında ən az 150 nəfər həyatını itirdi. \”CNN İnternational,\” insan itkisinin 153 nəfər olduğunu bildirdi. Yaralı sayının 200 nəfərdən çox olduğu, 80 nəfərin vəziyyətinin ciddi olduğunu bildirib. Dünyanın dörd bir yanından gələn mesajlarda, Parisdəki terror hücumları pislənir.
Parisdə bir rok konserti zalını, restoran və barları hədəfə alan terror hücumlarının canlı şahidləri hadisə zamanı yaşadıqlarını danışdılar. Hadisə zamanı Bataklan konsert salonunda olan \”Europe 1\” kanalı müxbiri Julien Pier : \”Konsert gedərkn bir neçə silahlı adam içəri girdi. İki, ya da üç nəfər gənc adam idi, maska taxmamışdılar. İçəri girib Kalaşnikova bənzəyən silahlarla izdihama necə gəldi atəş açdılar. Bu 10-15 dəqiqə davam etdi. Zalda panika yaşandı. Təcavüzkarlar ən az üç dəfə silahlarını yenidən doldurma imkanı tapdı. Çox gənc idilər\”.

Bataklan konsert salonunda olan və adı açıqlanmayan bir şahid, fransız \”Liberation\” qazetinə bunları danışdı: \”Musiqinin səsi olduqca yüksək idi. Silah səslərini eşitdim, geri qayıtdım və arxa qapıda şlyapalı bir adamın siluetini gördüm. Mən olduğum tərəfə atəş açdı. İnsanlar yerə yıxılmağa, ya da özlərini yerə atmağa başladılar. Güman edirəm ki, yanımdakı adam da öldü. Qaçdım, təhlükəsizlik baryerini dəf etdim və səhnəyə yaxın olan ilk qrupla birlikdə salondan çıxdım. Yanğın çıxışından çıxdıq. Birinci mərtəbədəki bir kafeyə girib, qapıda barikada yaratdıq. İnsanlara olanları danışdıqda bizə dərhal inandılar. Burada müharibə vardı, silah səsləri vardı\”.

Ben Qrant hücumlar zamanı həyat yoldaşı ilə birlikdə bir barda idilər. B.Qrantın yaşadıqları: \”Silah səsləri eşitdim. İnsanlar yerə yıxıldılar. Bir masanı başımıza sipər edərək, müdafiə olunmağa çalışdıq. Qarşımızda meyitlər olduğu üçün barda sağ qaldıq. Yerdə altı-yeddi cəsəd vardı. Kimlərsə avtomobillərdən atəş açırdılar.\”

Terror şahidləri: "Silahlarını 3 dəfə yenidən doldurdular"

Terror şahidləri: "Silahlarını 3 dəfə yenidən doldurdular"

Terror şahidləri: "Silahlarını 3 dəfə yenidən doldurdular"

İnterpress.az