İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki, Sankt-Peterburq yaxınlığındakı Vsevoljsk şəhərində Ford zavodu konveyerlərini dayandırır, müəssisənin həmkarlar ittifaqı xəbər verib.
Qeyd olunduğu kimi, 2016-cı ilin yanvarın 15-dən konveyer yenidən işə düşməlidir.
Şirkətin mətbuat xidməti həmkarlar ittifaqının bəyanatını şərh etməyib.
Bundan əvvəl xəbər verilmişdi ki, 2014-cü ilin iyun ayından zavod ikinövbəli iş rejimindən birnövbəli iş rejiminə keçib, zavodda 700 işçi ixtisara salınıb.
2014-cü ildən başlayaraq zavodda hər həftə konveyerin işində 1-2 günlük fasilələr baş verirdi.
Ekspertlərin qeyd etdiyi kimi, 2014-cü ildə avtomobil zavodu 25-30% gücündə işləyib.
Ford şirkəti Rusiyanın Leninqrad vilayətində zavodunu 2002-ci ildə açmışdı.
Hazırda müəssisədə işçilərin sayı 1400 nəfər təşkil edir.
Interpress