Su altında ecazkar rəsmi bu canlı çəkirmiş-VİDEObackend

Su altında ecazkar rəsmi bu canlı çəkirmiş-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, 1995-ci ildə dalğıclar Yaponiya sahillərində okeanın dibində qumdan düzədilmiş qəribə, eyni zamanda möhtəşəm simmetriyaya malik bu geometrik fiqura rast gəliblər.
Uzun illər bu fiqurları uzaylıların cızdığını düşünən dalğıclar axır ki, əsl “rəssamı” tapa bildilər. Sən demə diametri 2 metr olan fiqurları düzəldən 12 santimetrlik şar balığı (pufferfishes, yaxud Torquigener) növünə aid adi, balaca balıq imiş.
Sizə təqdim etdiyimiz bu videonu isə 50 ildən çox sualtı fotoqraf işləyib ortaya çıxarıb.
Bu “sənət əsəri”ni erkək balıqlar düzəldir. Erkək “sənət” işini qurtarana yaxın dişi balıq gəlir və əgər xoşuna gələrsə fiqurun düz ortasına kürü qoyur.
Bir canlının öz dişisinə bu qədər böyük məhəbbətini izlədikcə sevgidən məhrum, dəyərləndirməyi bacarmayan insanlara acımaya bilmirsən.

Su altında ecazkar rəsmi bu canlı çəkirmiş-VİDEO
Su altında ecazkar rəsmi bu canlı çəkirmiş-VİDEO

Abuzər
İnterpress