Dünyanı şok edən xəbər!backend

Dünyanı şok edən xəbər!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, qarnında şiş olduğundan şübhələnilən kiçik uşağın qarnından baxın nə çıxdı.

Eşidənləri heyrətləndirən bu hadisə Hindistanın Karikaband kəndində baş verib. Kəskin qarın ağrıları ilə xəstəxanaya aparılan uşağın qarnından bir embrion çıxdı. Dünyada görülmə ehtimalı 5 milyon doğuşdan bir olan və tarixdə yalnız 200 nümunəsi olan \”döl içində döl\” (FIF) hadisəsi dünyanı şoka salıb.

Kiçik uşağın qarnında əlləri, qolları və beyninin bir hissəsi inkişaf etmiş şəkildə olan rüşeym ana bətnində ölən əkizi olduğu ortaya çıxdı. Hamiləliyin ilk mərhələlərində baş verən hadisə hələ inkişaf etməmiş ölən əkizin, göbək bağı yolu ilə qardaşının qarnına daxil olması ilə meydana gəlib.

Uzun müddətli bir əməliyyatdan sonra döl uşağın içindən çıxarıldı. Əməliyyatı həyata keçirən həkim Şirşendu Qiri, mətbuata verdiyi açıqlamada uşağın vəziyyətinin yaxşı olduğunu və nəzarət altında tutulduğunu bildirib.

İnterpress.az