12 min illik mağara şiri tapıldıbackend

12 min illik mağara şiri tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Elm xadimlərinə görə iki kiçik şirin qalıqları donmuş torpaq içində \”bənzərsiz bir şəkildə\” qorunmuşdur.

İnterpress.az rus mətbuatına istinad edərək xəbər verir ki,tədqiqatçılar Sibirdə donmuş torpaq təbəqəsi içində iki kiçik mağara şirinin qalıqlarını tapdı. Nəsli kəsilmiş olan mağara şiri növünə aid nadir qalıqların ən az 12 min illik yaşı olduğu ehtimal olunur. Elm xadimlərinə görə qalıqları \”fantastik bir şəkildə yaxşı qorunmuş\” olan balalar öldükləri zaman bir və ya iki həftəlik olublar.
Yakutiya Elm Akademiyasından doktor Albert Protopopov, \”The Siberian Times\”-a verdiyi açıqlamada tapılan balaların mağara şiri növünə aid ən tam qalıqlar olduğunu dedi. \”Bütün bədən hissələri yerindədir: Tükləri, qulaqları, yumşaq toxumaları, hətta bığları da \”deyən Protopopov, ova çıxan analarının balaları mağarada buraxdıqdan sonra bir torpaq sürüşməsi altında qalaraq həlak olmalarının mümkün olduğunu və\” bənzərsiz şəkildə\” qorunmuş olmalarını söylədi. Protopopov, balaların klonlanmaq üçün uyğun olub olmadığı sualına \”Bu məsələni müzakirə etmək üçün hələ tezdir, əsas vəzifəmiz balaların genom xəritəsini çıxarmaq və onun üzərində işləməkdir\” – dedi.
Balaların aid olduğu mağara şirinin nəsli, 12 min il əvvəl Buz Dövrünün sonunda kəsilmişdir.Bu növ mağara şirinin günümüzdə mövcud olan şirlərdən bir qədər böyük olduğuna dair fikrlər söylənilir. Ancaq nəsillərinin nə səbəbdən kəsildiyi barədə hələ bir açıqlama verilməmişdir.Tapılan iki balanın bu barədə məlumatlara yenilik əlavə edə bilməsi ehtimalı var.

İnterpress.az