Bu aralar sosial şəbəkələrdə “Rusiya təyyarəsini azərbaycanlı pilot vurdu” söhbəti ildırım sürəti ilə yayıldı. Gördüyünüz şəkil social şəbəkələrdə paylaşılıb və minlərlə rusiyalı “azərbaycanlı pilota” öz nifrətlərini bildiriblər. İnterpress.az-a bir anda məşhurlaşan “pilot” açıqlama verib. Azərbaycanlı fotoqraf –operator Vüqar İbadov dostlarının yersiz zarafatının qurbanı olub. O, deyir ki, məlum fotoda da yaxasında jurnalist vəsiqəsi var: “Bu şəkil çəkiliş prossesindəndir. Dostlarım zarafat məqsədi ilə sosial şəbəkədə “Rus təyyarəsini vuran azərbaycanlı pilot” adıyla paylaşıblar”.
Bu məsələdə hər kəs diqqətli olmalıdır. Çünki belə zarafatlar bir gəncin həyatına çox böyük təhlükə yarada bilər.
İnterpress.az
Abuzər