Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyibbackend

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən haqqında cinayət işi başladılan türkiyəli köşə yazarı Celal Çiftçi sözlərinə görə üzür istəyib.

İnterpress.az xəbər verir ki, Çiftçi bu barədə öz “X” hesabında paylaşım edib.

“Qardaş Azərbaycanda açıqlamalarımın səbəb olduğu inciklik və kədərə görə təəssüflənirəm. İstifadə etdiyim ifadələrə görə Azərbaycan dövlətindən və xalqından səmimi şəkildə üzr istəyir, üzrümün qəbul edilməsini xahiş edirəm”, – Çiftçi yazıb.

O, məqsədinin jurnalist kimi hicab məsələsinə həssaslığını, din və vicdan azadlığı ilə bağlı düşüncələrini ifadə etmək olduğunu bildirib.

“Lakin fikirlərimi çatdırarkən istifadə etdiyim ifadələrin mümkün nəticələrini daha diqqətlə qiymətləndirməli və fikirlərimi daha aydın bildirməli idim. Azərbaycanın daxili işlərinə qarışmaq, xalqı dövlətə qarşı təhrik etmək, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırmaq niyyətim olmayıb. Dini nifrəti, düşmənçiliyi və ayrı-seçkiliyi təşviq etmək fikrini də qəbul etmirəm. Bu istiqamətdə irəli sürülən ittihamları rədd edirəm”, – Çiftçi əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dini nifrət və düşmənçiliyin salınması faktları üzrə Baş Prokurorluq cinayət işi başlanıb.