Beyrutda “Hizbullah” üzvləri İran dərmanlarının saxlanıldığı anbara baxış keçirilməsinə mane olub.
İnterpress.az xəbər verir ki, bu barədə “Al-Hadath” və “Al-Jadeed” telekanalları məlumat yayıb.
Livanın paytaxtı Beyrutun Dahiyə bölgəsində silahlı şəxslərin İrandan gətirilən dərmanların saxlanıldığı anbara hüquq-mühafizə orqanlarının baxış keçirməsinə mane olduğu bildirilir.
Məlumata görə, “Hizbullah” üzvləri olduğu deyilən yüzlərlə silahlı şəxs təhlükəsizlik qüvvələrinin anbara daxil olmasına imkan verməyib.
Telekanalların məlumatına əsasən, dərmanlarla bağlı şübhələr səbəbindən anbarın yoxlanılması məhkəmə qərarı ilə tələb olunub.
Livan hərbçiləri əraziyə gəldikdən sonra silahlı şəxslər oranı tərk ediblər.
Xuraman Etibarlı
İnterpress.az






