Türkiyədə gərgin gecə: 2 məktəb yandırıldıbackend

Türkiyədə gərgin gecə: 2 məktəb yandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vilayətin İdil rayonunda havanın qaralmasından sonra gərginlik başlayıb.

Rayonun Yeni və Atakənd məhəllələrində xəndəklərdə və barrikadaların arxasında gizlənmiş terrorçular zirehli texnika ilə reyd keçirən polisləri iriçaplı silahlardan intensiv atəşə tutublar.

Polisin terrorçulara cavab atəşi açması ilə tərəflər arasında atışma baş verib. Bölgədə atışmanın getdikcə şiddətini artırdığı bildirilir.

Vaxtaşırı partlayış səslərinin də eşidildiyi rayon ərazisində atışmaların davam etdiyi bildirilir.

Həmçinin ötən axşam Mardin vilayətinin Nusaybin rayonunda PKK terrorçuları iki məktəbi yandırıb. Yerli mətbuat bildirir ki, terrorçular rayonun Yenişehir məhəlləsindəki “Yavuz Selim” ibtidai məktəbini və “Merkez” orta məktəbini yandırıblar. Yollarda qurulmuş barrikadalar və qazılmış xəndəklər səbəbindən yanğından mühafizə briqadaları hadisə yerinə gedə bilməyiblər.(anspress)

İnterpress.az