Cəbhə bölgəsindəki hərbi hissələrdə fərarilik, mövqeləri qoyub qaçmaq, hətta Dağlıq Qarabağı tərk edərək, ümumiyyətlə, Ermənistana üz tutmaq halları artıb.
Bununla bağlı Dağlıq Qarabağın Hadrut, Ağdərə, Əsgəran və Martuni rayonlarındakı hərbi hissələrdə komandirlər qeyri-rəsmi olaraq əsgərlərə \”Təslim olan, qaçan vurulacaq\” xəbərdarlığı ediblər.
Ermənistanın Müdafiə Nazirliyi bu xəbəri \”əsassız şayiə\” adlandırsa da, ermənilər sosial şəbəkələrdə olayı geniş müzakirə edir, xəbərdarlığın gerçəkdən də olduğunu vurğulayırlar.
Yeri gəlmişkən, xatırladır ki, dünən Ermənistanın haynews.net saytı erməni ordusunda fərarilik və demoralizasiyanın yüksək həddə olduğundan yazmış, hətta erməni komandirlərinin silahı atıb qaçmaq istəyən 17 əsgəri güllələdiklərini bildirmişdi. ( milli.az )
İnterpress.az