Bu barədə RİA \”Novosti\”yə Türkiyə Prezident Administrasiyası Protokol xidmətinin nümayəndəsi məlumat verib.
Bundan əvvəl Ərdoğanın Bakıya aprelin 25-27-si tarixlərində – BMT forumunun keçiriləcəyi müddət ərzində səfər edəcəyi bildirilmişdi.
\”Prezident Ərdoğan Bakıya aprelin 26-da BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak üçün səfər edəcək\”, — deyə agentliyin həmsöhbəti bildirib.
Bundan əvvəl Türkiyə prezidentinin Azərbaycana səfəri 17 fevral və 13 mart tarixlərində Ankarada törədilən terror aktları səbəbindən iki dəfə təxirə salınıb. ( report.az )
İnterpress.az