Sözügedən məqalə eyni zamanda, Agentliyin rəsmi twitter və facebook hesablarında da paylaşılıb.
Məqalədə bu ilin 2 aprel tarixində Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini hədəfə alaraq qoşunların təmas xətti boyunca mövqeləri intensiv atəşə tutması,
Azərbaycan tərəfinin özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq cavab tədbirləri görməsi, Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını dərhal, tam və qeyd-şərtsiz çıxarmağı tələb edən sənədlər barədə məlumatlar verilib.
Bundan başqa, məqaləyə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalını detallı şəkildə əks etdirən xəritə əlavə edilib. (trend.az)
İnterpress.az