Digərləri isə münaqişə tərəfləri ilə uzunmüddətli münasibətlər qurmağa çalışır. Azadinform Vestnik Kavkaza saytına istinadən xəbər verir ki, bunu Rusiya Strateji Araşdırmalar İnstitutunun direktoru , general-leytenant Leonid Reşetnikov ABŞ və Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki rolundan danışarkən deyib.
O ilk növbədə qeyd edib ki, münaqişənin yalnız siyasi həlli var: “Danışıqları davam etdirmək, danışıqlara cəhd göstərmək və kompromislər tapmaq vacibdir , çünki pis sülhün olması yaxşı müharibədən daha yaxşıdır. Düşmənçiliyin davam etməsi müharibəyə səbəb ola bilər. Tək Azərbaycan və Ermənistan deyil, xarici qüvvələr də vuruşacaq. Türkiyə, Rusiya və Gürcüstan da bura cəlb ediləcək”.
Reşetnikov deyib ki, Rusiya indi münaqişənin həll yollarını axtarır: “Qafqaz xalqları Rusiyanın mövqeyini başa düşməlidir. Biz həmişə 2-3 addım irəli baxırıq. Mən bir neçə il bizim departamentin analitiki işləmişəm.
Tez-tez amerikalılar da daxil olmaqla Qərb analitikləri ilə görüşürdüm. Bütün məsuliyyətimlə deyə bilərəm ki, onlar qarşıya baxmır. Onların həmişə bir tapşırığı var, hansısa məsələ elə indi həll edilməlidir.
Fərq yoxdur ki, sonra nə olacaq. Bunun təsdiqi kimi Liviya, İraq, Əfqanıstan, Suriya və Misiri misal göstərmək olar. Biz onlardan soruşanda sonra nə olacaq? Onlar deyirlər biz sülh demokratiya gətirəcəyik və hər şey yaxşı olacaq”.
Reşetnikovun qiymətləndirməsinə görə, apreldə Qarabağda baş verən hadisələrdə xarici faktorlar da iştirak edib: “Məncə, bu növbəti dəfə nə baş verəcəyinin testi idi. Rusiyanın rolunun anlaşılmaması məni təəccübləndirir, hansı ki, Rusiya düşmənçilyin artmasının qarşısını alır. Yerevan və Bakıda Rusiyanın davranışından narazı olanlar var. Lakin biz ayıq-sayıq olmalıyıq.
Bəzi qüvvələr Suriyada nəzarəti ələ keçirmək istəyir. Biz onları dayandırmağa çalışarkən Qafqaz bu planların növbəti hədəfi ola bilər. Bu bizə mənfi nəticələr verə bilər”.
O sonda bildirib ki, xüsusilə ABŞ və arxasındakı qüvvələr Qafqazı Rusiyaya qarşı vuruşmaq üçün istifadə etmək və dünya arenasına əsas güc kimi qayıtmaq istəyirlər Qafqaz xalqları isə bu siyasətin qurbanı olacaq.
“Azərbaycan öz iqtisadi resurslarına görə qismən istisna ola bilər. Lakin digər dövlətlər və Şimal Qafqaz Qərb tərəfindən Rusiyaya qarşı təxribat bazası hesab edilir. Qərbin Qafqazla bağlı ayrı bir planı yoxdur”- deyə o qeyd edib.(azadinforum.az)
İnterpress.az