AŞPA-da Qarabağla bağlı bəyannamə qəbul edildibackend

AŞPA-da Qarabağla bağlı bəyannamə qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in rəsmi saytında yerləşdirilən sənəddə münaqişə zonasında vəziyyətin gərginləşməsindən narahatlıq və ağır hərbi texnikalardan istifadənin yolverilməz olduğu bildirilir.

Deputatlar münaqişə tərəflərini qəti addımlar atmağa və münaqişəni danışıqlar yolu ilə həllinə nail olmaq üçün siyasi iradə göstərməyə çağırırlar.

Qeyd edək ki, aprelin 2-dən 5-nə kimi Dağlıq Qarabağda gedən döyüşlərdə hər iki tərəf onlarla itki verib.

Rusiyanın vasitəciliyi ilə atəşkəs bərpa edilib. Amma tərəflər demək olar ki, hər gün bir-birini atəşkəsi pozmaqda günahlandırır.(bastainfo.com)

İnterpress.az