ABŞ prezidenti Barak Obama qondarma “erməni soyqırımı”nı yenə “böyük fəlakət” (“Meds Yeghern”) adlandırıb.
Obama 24 aprel ərəfəsində ənənəvi açıqlamasında yenə “soyqırımı” ifadəsini işlətməyib.
Barak Obama ABŞ prezidenti kimi 1915-ci il hadisələri ilə bağlı sonuncu müraciətində “həmin qaranlıq günlər”dən dərs götürməyin vacibliyini qeyd edib.
ABŞ prezidenti bildirib ki, 1915-ci ildə baş verənlərlə bağlı mövqeyini ardıcıl olaraq ifadə edib və bununla bağlı nəzər nöqtəsi dəyişməyib.
Barak Obamanın bu açıqlaması İngiltərəyə səfəri ərəfəsində yayımlanıb.(apa)
İnterpress.az