Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən \”PALFLOT 2\” tankerində baş verən yanğının söndürülməsinə Azərbaycana məxsus üç gəmi və üç helikopter cəlb olunub. APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə nəticəsində tankerin baş mexaniki ölüb. Onun adı açıqlanmır.
Bundan başqa, 18 nəfərin təxliyə olunduğu təsdiqlənib.
***
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin \”Vixr-5\” gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.
Əlavə məlumat veriləcək.
İnterpress.az