Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerində yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına “SOS” siqnalı daxil olub, dərhal Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müvafiq qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub.
Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.
Qeyd edək ki, tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas olub, 1 nəfər – baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.
İnterpress.az