Terror təşkilatı PKK-nın Kandil dağındakı liderlərindən Cemil Bayık Türkiyəni həyasız bir şəkildə təhdid edib.
Türkiyənin əməliyyatlardan imtina etməməsi halında münaqişələri artıracaqlarını qeyd edən Bayık, Ankaranı diz çöktürməyə çalışmaqla günahlandırdı. Türkiyəni parçalamaq istəmədiklərini qeyd edən Bayık, təşkilatın danışıqlara hələ də açıq olduğunu deyib.
Keçdiyimiz yaz mövsümündən bu yana ağır itkilər verən və şəhər mərkəzlərindəki dayaqlarını itirən terror təşkilatına gizli məktublarında bir neçə dəfə geri çəkilmə göstərişi verilmişdi. (modern.az)
İnterpress.az