Amerikadakı varlı azərbaycanlılar Azərbaycana yuxarıdan aşağı baxırlarbackend

Amerikadakı varlı azərbaycanlılar Azərbaycana yuxarıdan aşağı baxırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu müxtəlif aksiyalarda soydaşlarımızın iştirak sayına baxmaqla da demək olar.

Türkiyədən olan dostlar və cənublu soydaşlarımız belə aksiyalarda daha yaxından iştirak edirlər.

Bu il aprelin 2-dən 5-ə kimi cəbhə xəttində baş verən olaylarla bağlı Amerikadakı soydaşlarımızın keçirdikləri aksiyada da bu, müşahidə olundu.

Maraqlıdır, Amerikada çoxsaylı azərbaycanlı yaşayırsa, onlar belə aksiyalara niyə maraq göstərmirlər?

Modern.az məsələ ilə bağlı araşdırma aparıb.

Əvvəlcədən bildirək ki, Milli Məclisin deputatı Asim Mollazadə ABŞ-dakı Azərbaycan dasporunun fəaliyyətini sıfır həddində olduğunu deyib. Buradan açıq görünür ki, Diasporla İş üzrə Dövlət Komitəsinin bu ölkədəki fəaliyyəti yarıtmazdır.

Bəs soydaşlarımız niyə Azərbaycanla bağlı kütləvi tədbirlərə biganə qalırlar?

Araşdırmalar onu göstərir ki, okeanın o tayında ali təhsil alan xeyli azərbaycanlı gənc var. Hətta onların böyük hissəsi dövlət hesabına təhsil alırlar.

Məlumatlara görə, dövlət hesabına təhsil alanların böyük əksəriyyəti vəzifə sahiblərinin övladlarıdır. Onların heç biri qeyd edilən tədbirlərə qatılmırlar. Belə görünür ki, hansı hesaba Amerika kimi bir ölkədə təhsil almaları belə, onları narahat etmir.

Aksiyalarda iştirak edənlər iş arxasınca ora gedənlər, yaxud öz hesabına təhsil alanlardır.

Modern.az-a daxil olan məlumatlara görə, Azərbaycanın Maliyyə Nazirliyi, Hesablama Palatası və s. qurumların Vaşinqtonda olan təmsilçiləri də Azərbaycanla bağlı tədbirlərdə dövlət hesabına təhsil alan məmur övladları kimi davranış nümayiş etdiriblər.

Bir sözlə, oradan Azərbaycanı bəyənmirlər.

Azərbaycanın Vaşinqtondakı səfirliyinin nümayəndələrinin belə tədbirlərdə iştirakı qanunvericiliklə qadağan edilir. Ancaq yerdə qalan digər görəvli azərbaycanlılar üçün belə aksiyalarda iştirak ən azı mənəvi borcdur. Maddi borcu demirik. Ancaq nə yazıqlar ki, biz bunun tam əksini görürük.

Aprelin 2-dən 5-ə kimi cəbhədə baş verən hadisələr zamanı dəstək əvəzinə Rəsul Quliyevin oğlunun ətrafına toplaşıb kef məclisi düzəltmək vətəndaşlığa sığmayan addımdır.

İndi belələri Amerikada sadə azərbaycanlılara, öz gücü ilə təhsil alan və Azərbaycanı sevən soydaşlarımıza yuxarıdan aşağı baxırlar. Dəbdəbəli, göz qamaşdıran həyat tərzinə görə Azərbaycana, Azərbaycan xalqına borclu olduqları halda… Onlar barədə ciddi tədbirlər görülməsə, sabah orada Azərbaycan üçün ortaya 1 nəfər çıxmayacaq.

İnterpress.az