İnterpress Fövqəladə Hallar Nazirliyinin saytına istindən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda, Bakı-Qazax yolunun 54-cü kilometrliyində \”KAMAZ\” markalı yük avtomobili idarəetməni itirərək yolun kənarındakı dərəyə düşüb.
Nəticədə, avtomobilin sürücüsü xəsarət almış və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sürücünü avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 11:26-da başa çatıb.
İnterpress.az