Bu barədə Rusiya baş nazirinin sabiq müavini Alferd Kox saxta soyqırım iddialarının ildönümü ilə bağlı özünün facebook səhifəsində yazıb.
“Məgər kimdə Yeri yastı hesab edirsə, bu, o deməkdir ki, o, daha kürə şəklində deyil? Yaxud belə deyək, o qədər cinayətkar etiraf eləməsə də, dəlil-sübutlar əsasında içəridə yatır ki. Yəni nəyə lazım tanınma, əgər faktlar özlüyündə hər şeyi deyirsə? Sizin bunu türklərdən inadla tələb etməniz qeyri-ixtiyari olaraq belə fikir yaradır ki, özünüz də əsl həqiqətdə nə baş verdiyinə əmin deyilsiniz” – keçmiş hökumət rəsmisi qeyd edib.
Baş nazirin sabiq müavini və müxalif siyasətçi ermənilərə çıxış yolu da göstərib: “Nəhayət, Beynəlxalq Məhkəməyə müraciət edin. Qoy o, hüquqi və əsaslı bir qərar versin. Və bu məsələni həmişəlik qapadın. Türkiyənin heç bir etirafı da lazım deyil”. (musavat.com)
İnterpress.az