Devalvasiya toyların sayını azaldıbbackend

Devalvasiya toyların sayını azaldıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə xaricindən məhsullar dollarla alındığı üçün bir çox sahələr üzrə qiymətlərdə bahalaşma olub. Bu, eyni zamanda ölkədə toy edənlərin sayının azalmasında da müşahidə edilir.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, 2015-ci ilin iki ayı ərzində nikaha girənlərin sayı 11,1 min nikah qeydə rəsmiləşdirilib. Əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,2 təşkil edib.

Lakin 2016-cı ildə nikahların sayında yetəri qədər azalma müşahidə olunur. Bu ilin ilk iki ayı ərzində qeydiyyat şöbələri tərəfindən 9 min nikah qeydə alınıb.

2016 və 2015-ci ilin iki ayı ərzində boşananların sayı isə stabil qalıb, 2,1 min boşanma halı rəsmi orqanlar tərəfindən qeydə alınıb.

İnterpress.az