Müəllimlərdən ordu üçün kütləvi pul yığılırbackend

Müəllimlərdən ordu üçün kütləvi pul yığılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə Bakının Nəsimi rayonunda sahibkarlardan da ordu üçün pul yığılması haqqında məlumat dərc etmişdik.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu prezidentin sərəncamı ilə 2002-ci ildə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır.

Rəsmi məlumata görə, 2002-ci ildən 2015-ci ilin aprel ayınadək olan dövr ərzində Fondun hesabın 63 milyon manata yaxın vəsait keçirilib. Bu, Azərbaycanda bir oliqarxın ödəyə biləcəyindən on dəfələrlə az bir məbləğdir.

İkincisi, Azərbaycan hər zaman ordumuzun büdcəsinin Ermənistanın ümumi dövlət büdcəsindən daha böyük olması ilə öyünüb. Amma faktlar göstərir ki, hakimiyyət etiraf etməsə də, ordunun maliyyələşdirmək üçün kiçik sahibkarların, hətta aztəminatlı təbəqə sayılan müəllimlərin puluna möhtacdır.

Müəllimlərdən ordu üçün kütləvi pul yığılır

Ən başlıcası, məqsəd nə qədər müqəddəs olsa da, insanları inzibati yolla “könüllü ianəyə” məcbur etmək, onların hüquqlarının tapdalanmasıdır. Təqdim olunan ərizə formasında Ali Baş Komandanın da adı çəkilir. Belə bir ərizəyə qol çəkməkdən imtina isə indiki reallıqda təhlükəli görünür. Əgər hakimiyyət büdcədən ayrılan vəsaitdən əlavə ordu üçün pul yığılmasını istəyirsə, donor olaraq kiçik sahibkarlardan, yaxud müəllimlərdən əvvəl, oliqarxlara müraciət etməlidir. Digər tərəfdən, orduya ianələrin artırılması üçün inzibati üsullardan yox, təbliğatdan istifadə edilməlidir. (bastainfo.com)

İnterpress.az