Cəbhə bölgəsində yaşayan əhali ermənilərin gecə saatlarında qəfil hücuma keçdiyini deyiblər. Ordu birləşmələrimizin layiqli cavabı özünü gözlətməyib və nəticədə şiddətli döyüşlər başlayıb. Maraqlıdır ki, yazılan şərhlərdə də bir çoxları cəbhə zonasında yaşadığını və xəbərin doğru olduğunu bildiriblər.
Müşahidəçilər bunun Ərdoğanın səfərilə bağlı olduğunu, Rusiya tərəfindən təhdid xarakteri daşıdığını düşünürlər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi kriminal rəhbərliyi daşıyacaq.
İnterpress.azhttps://youtube.com/watch?v=_a0Uo3bEmachttps://youtube.com/watch?v=dyKruk5TAlI