CBS telekanalına müsahibə verən Obama əslində Rusiya prezidentinin zənnində yanıldığını vurğulayıb.
“Hesab edirəm ki, o səhv edir. Mən ona göstərdim ki, birləşmiş Avropa birləşmiş və güclü Rusiya ilə sülh istəyir”.
Bununla belə, Obama Putini buna inandıra bilmədiyini etiraf edib.
Müsahibə zamanı qaradərili prezident Rusiyadan qonşularına təzyiq göstərməməyi xahiş etdiyini də deyib. Obamanın fikrincə, Avropadakı miqrant axını təkcə “qoca qitə”nin yox, bütün dünyanın bəlasıdır. (modern.az)
İnterpress.az