BMT-nin baş katibi: “Ayrı-seçkilik yalnız və yalnız ekstremistlərin maraqlarına xidmət edir”backend

BMT-nin baş katibi: “Ayrı-seçkilik yalnız və yalnız ekstremistlərin maraqlarına xidmət edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu BMT-nin baş katibi Pan Gi Mun Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində video-çıxışında deyib.

O bildirib ki, belə tədbirlərin keçirilməsində məqsəd ayrı-seçkiliyin qarşısını almaqdır: “Ayrı-seçkilik yalnız və yalnız ekstremistlərin maraqlarına xidmət edir. Biz heç kəsi diqqətdən kənar qoymamalıyıq. Növbəti ay həssas məsələlərdən birinə toxunacağıq. Türkiyənin İstanbul şəhərində humanitar böhranla bağlı tədbir keçiriləcək. Hər birinizi ora dəvət edirik”.

Baş katib qeyd edib ki, BMT dünyada sülhün bərqərar olmasına çalışır: “Bütün insanlara diqqət göstərilməlidir. Gənc innovatorlara dəstək verməliyik. Jurnalistləri də bu işdə aktiv olmağa çağırırıq”.(Report)

İnterpress.az