Yerli istehsalı təşviq etmək və qiymətləri ucuzlaşdırmaq üçün əlavə dəyər vergisinin differensiallaşdırılması təklif edilir. Bunun üçün xüsusən də dövriyyəsi aşağı olan və yerli istehsal həyata keçirən şirkətlər üçün 18 faizlik verginin azaldılması təklif edilir.
Eyni üsulu prioritet hesab edilən ixrac məhsullarına da tətbiq etmək olar. Beynəlxalq təcrübədə uğurla sınaqdan keçirilən bu üsulla, həmin məhsullarının qiymətinin ucuzlaşmasına nail olmaq olar. Amma belə differensiyallaşmanın ümumilikdə bütün yerli istehsala aid edilməsi tövsiyyə edilmir.
Bunun əvvəzində yerli istehsalı təşviq etmək üçün ``Taxfree`` yəni ölkədən çıxarılan yerli məhsulların əlavə dəyər vergisindən azad edilməsi təklif edilir. ( Xezer TV )
İnterpress.az